Səs: Real audio
“Narıncı inqilab” Birləşmiş Ştatlara ilk zərbəsini vurub “Ötən il Azərbaycanın siyasi həyatı 2003-cü ilin saxta prezident seçkilərinin təsiri altında keçib. Seçkidən sonrakı zorakılıqların təşkilində ittiham olunan Azərbaycanın müxalifət liderləri ədalətsiz mühakimə olunublar”.
Bu barədə “Human Rights Watch” təşkilatının illik hesabatında deyilir.
Hesabatda həmçinin Ermənistanda insan haqlarıyla bağlı vəziyyətin yaxşı olmadığı bildirilir. Qeyd olunur ki, bu şəraitdə tərəflərin Dağlıq Qarabağ üzrə münaqişəsi davam edir.
“Human Rights Watch”un Avropa və Orta Asiya üzrə icraçı direktor əvəzi Raçel Denberin fikrincə, Ermənistan və Azərbaycan liderləri bu münaqişədən istifadə edərək əhalinin diqqətini ölkənin siyasi problemlərindən yayındırırlar.
Milli Məclisin insan haqları daimi komissiyasının sədr müavini Rəbiyyət Aslanova isə “HRW”un hesabatında söylənən fikirləri qeyri-ciddi, çeynənmiş adlandırır.
Rəbiyyət Aslanovanın dediyinə görə, beynəlxalq qurumlar Azərbaycanda gedən siyasi prosesləri, dinamikanı nəzərə almır.
Azərbaycan və Ermənistan liderlərinin münaqişədən istifadə etmələri ilə bağlı deyilənlərə gəlincə, Rəbiyyət Aslanova bu fikirlərlə razı deyil və düşünür ki, ümumiyyətlə, bu münaqişədə Azərbaycanla Ermənistanın mövqeyini eyniləşdirmək olmaz. Bir milyonadək qaçqını olan Azərbaycan öz hüquqlarını tələb edir.
Müsavat başqanının müavini Sülhəddin Əkbər isə “HRW”un hesabatını obyektiv sayır. O, bu günlərdə prezident seçkisindən sonrakı hadisələrə görə həbs olunmuş daha bir qrup şəxsə qarşı məhkəmənin hökm çıxarmasını misal çəkir. Sülhəddin Əkbər deyir ki, beynəlxalq birlik də əslində, bu hadisələrə seyrçi mövqe tutub.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyilənlərə gəlincə, Sülhəddin Əkbər bu məsələdən Azərbaycanda daim istifadə olunduğunu deyir. Sülhəddin Əkbərin fikrincə, Azərbaycanda bütün problemlərin həlli azad və ədalətli seçkilərdən keçir.
“HRW”un illik hesabatında həmçinin qeyd olunur ki, bütün Rusiyanı Moskva idarə edir, Belarusda seçkilər gülüş doğurur, məhbuslarla pis rəftar Özbəkistanda normal hal sayılır.