Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 00:12

«Ümumdünya Texnologiya Universiteti»nin rektoru həbs edilib


İstintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparır
İstintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparır
Bakı şəhəri, Nəsimi rayonu 3169 ünvanında qanunsuz fəaliyyət göstərən «Ümumdünya Texnologiya Universiteti»nin (ÜTU) Bakıdakı struktur bölməsinin rəhbəri həbs olunub. Həbs olunan Zülfi Babayev əvvəllər də dələduzluğa görə məhkum olunub.

Bu barədə Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilib.

Z.Babayev vətəndaşları aldadaraq onları 300-5000 manat müqabilində ÜTU-yə qəbul edir və tələbələrin hər birindən bir tədris ili üçün 700 manat alırdı.

İstintaq müəyyən edib ki, Z.Babayev 2008-ci il fevral 1-də Moskva şəhərində yerləşən YUNESKO «Ümumdünya Texnologiya Universiteti»nin rəhbərliyi ilə müqavilə bağlayıb. Babayev ona təqdim edilmiş etibarnaməni əsas tutaraq Bakı şəhərində ÜTU-nun nümayəndəliyini yaradıb və distant yolla (internetlə) təhsil adıyla vətəndaşları nümayəndəliyə tələbə kimi cəlb edib.

Z.Babayev Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir, barəsində həbs-qətimkan tədbiri seçilib.

İstintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparır.
XS
SM
MD
LG