Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:59

“Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi artmaqdadır”


Səs: Real audio
“Narıncı inqilab” Birləşmiş Ştatlara ilk zərbəsini vurub --“Eurasia.net”



Tarixən Rusiyaya meyllənən ermənilər Moskva ilə xüsusi münasibətlərin faydalılığına əvvəlkitək inanmırlar və getdikcə Qərbə meyllənirlər.



Dəyişiklik Gürcüstan və Ukraynada demokratik hərəkatın uğurundan ruhlanan müxalifət fəalları arasında daha çox gözə çarpır. Onlardan bəziləri artıq açıq şəkildə Rusiyayla hərbi ittifaqa son qoymağa, NATO və Avropa Birliyinə inteqrasiya olunmağa çağırırlar.



Ermənistanlı ekspert Stepan Safaryan deyir ki, “keçmişdə heç bir siyasi qüvvə Ermənistanın NATO-ya üzvlüyünü açıq dəstəkləməyə cürət etməzdi. Bu cür fikirlər nəinki xalq arasında dəstək tapmır, hətta sərt tənqidə məruz qalırdı. Amma şübhəsiz ki, vəziyyət indi fərqlidir”.



Ermənistan Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin dekabrda apardığı sorğuda 2000 respondentin təxminən üçdə ikisi Avropa Birliyinə qoşulmaq istədiklərini bildirib və yalnız 12 faizi bunun əleyhinə çıxıb.



Hökumətdə təmsil olunan Ermənistan İnqilab Federasiyasının rəhbəri Vahan Ovannisyanın sözlərinə görə, “Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsi artmaqdadır və bunun obyektiv səbəbləri vardır”.



Təhlilçi Safaryanın fikrincə, bu səbəblərdən biri Rusiyanın Ukraynada prezident seçkilərində mövqeyini qoruya bilməməsidir. “Rusiyanın zəifliyini sübut edən hallar çoxalmaqdadır və bunlar Ermənistan ictimaiyyətinin diqqətindən yayınmır”.



Safaryan deyir ki, keçən payız Rusiyanın Gürcüstanla sərhədləri başğaması da Ermənistan vətəndaşlarının bir çoxunu Moskvadan uzaq salıb. Doğrudan da, rəsmən çeçen yaraqlılarıyla mübarizə məqsədi güdən iki aylıq blokada qapalı şəraitdə olan Ermənistanı da vurub, onu əsas təchizat xətlərindən birindən məhrum edib. O vaxt Moskva Ermənistan siyasətçiləri və mediasının misli görünməmiş tənqidiylə üzləşmişdi.



--“Vaşinqton Post”



Bazar ertəsi Bağdadda səkkiz Ukrayna hərbçisinin ölümüylə nəticələn partlayışdan sonra rəsmi Kiyev bu ilin ortalarınadək öz kontingentini İraqdan çıxarmaq niyyətini bildirib. Partlayış nəticəsində bir qazax hərbçisi də həlak olub.



Ukrayna hərbçiləri İraqda koalisiya qüvvələri daxilində dördüncü ən böyük kontingentdir. Bundan əvvəlki terror aktları nəticəsində İraqda daha doqquz Ukrayna hərbçisi həlak olmuşdu.



--“Yunayted Press İnterneşnl”



Ukraynada “narıncı inqilab” qəflətən Birləşmiş Ştatlara ilk zərbəsini vurub. Prezident Leonid Kuçma İraqdan Ukrayna hərbi kontingentini çıxarmaq qərarına gəlib. Bu addımı son prezident seçkisinin qalibi Viktor Yuşenko da müdafiə edib.



Yuşenkonun Ukrayna hərbçilərinin çıxarılmasını dəstəkləməsi gözlənilməz olmayıb. O, seçki kampaniyası zamanı bu barədə mövqeyini açıq bildirmişdi.



İraqda müharibə heç vaxt ukraynalılar arasında populyar olmayıb. Ukrayna hərbçilərini İraqda öldürməyə başlayanda isə bu məsələ daha kəskin şəkil alıb. Və bundan ən çox siyasi xal toplayan məhz Qərbpərəst Yuşenko olub.



Agentliyin fikrincə, qoşunları çıxarmaqla səlahiyyət müddəti başa çatan Kuçma heç nə udmur. Amma ola bilsin, o, sadəcə Yuşenko ilə Vaşinqton arasında “suyu bulandırmaq” istəyir. Bilə-bilə ki, Yuşenkonun onun qərarını dəstəkləməkdən başqa çarəsi qalmayacaq.
XS
SM
MD
LG