Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Araz Əzimov: «Biz heç vaxt müharibəyə başlayacağımızı deməmişik»


Araz Əzimov
Araz Əzimov
«Rəsmi Bakı müharibə axtarmır. Güclü ordunun olması yaxşı haldır, amma bundan da yaxşı həmin ordudan istifadə etməməkdir».

Azərbaycanın Xarici İşlər nazirinin müavini, prezidentin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Araz Əzimov «Reuters» Agentliyinə müsahibəsində belə deyib.

Nazir müavinin sözlərinə görə, Azərbaycan güclənən iqtisadiyyatı və ordusu ilə özünün Qərb üçün stabil tərəfdaş imicini möhkəmləndirir və çalışır ki, Ermənistanı kompromislərin vacibliyinə inandırsın:

«Biz heç vaxt deməmişik və demirik ki, Ermənistanla müharibəyə başlayacağıq. Amma Ermənistan regiona müstəqillik verilməsində israr edir. İstənilən halda və nəyin bahasına olursa- olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik».

A.Əzimov deyib ki, iqtisadi böhran Ermənistanı öz iddiasından əl çəkməyə məcbur edəcək:

«Qlobal iqtisadi böhran Ermənistanı işğal etdiyi ərazilərə müstəqillik verilməsi ilə bağlı tələblərindən əl çəkməyə məcbur edəcək və onlar üçün real düşünmək vaxtı artıq çatıb».

Araz Əzimov Rusiyanın Ermənistana silah ötürməsi ilə bağlı məlumatlara da toxunub və deyib ki, Ermənistanı hərbi müttəfiqi olan Rusiya silahla təmin edir:

«Rusiya Ermənistanı silahlandırır və ona Gümrüdəki hərbi bazasından istifadədən çıxmış silahlarını verir. Həmin bazaya yeni hərbi texnika gətirilir, bəs köhnələrini nə edirlər? Yenilərini gətirirlər, amma geri heç nə aparmırlar». / ANSPress /

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG