Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:35

ABŞ Azərbaycanda dini durumdan narahatdır


Səs: Real audio
Dağıdıcı sunami asiyalıların balığa olan iştahını öldürüb Sabiq prezident Ayaz Mütəllibov »Exo» qəzetinə müsahibəsində deyib ki, partiya məsləhət bilsə o, parlament seçkilərinə qatılacaq.



Azərbaycan parlamentində Rusiya ab-havası dolaşır. Mövzuya bugünkü sayında »Zerkalo» qəzeti yer ayırır.



»Yeni Azərbaycan» yazır ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü başa çatıb, tərəflər danışıqları yenə davam etdirməyi qərara alıblar.



“Müxalifətin seçki bloku yaradılır” başlıqlı məqaləni »Ayna» qəzeti çap edib.



»Azadlıq» qəzetindəki »Korrupsiyalaşmış himayədarlıq sistemi təcili dağıdılmalıdır» başlıqlı yazı Beynəlxalq Böhran Qrupunun açıqlamalarından bəhs edir.



Dağlıq Qarabağ münaqişəsinin Praqadakı müzakirəsini »525-ci qəzet» də şərh edir.



Bakıda daha bir bina çökmə təhlükəsi ilə üzləşib. Bu barədə »Üç nöqtə» ətraflı yazır.



İraqın dövlət kimi parçalanması təşlükəsi mövcuddur. İraqın Azərbaycandakı səfiri »Xalq Cəbhəsi» qəzetinə müsahibəsində belə deyib.



İlham Əliyev Ukraynanın yeni prezidentinə təbrik məktubu göndərib. Bu barədə »Azərbaycan» qəzeti geniş yazır.



ABŞ Azərbaycanda dini durumdan narahatdır. Dövlət Departamenti 2004-cü ildə ölkədə dini etidaq baxımdan da vəziyyətin pisləşdiyini deyir. Ətraflı »Bakı Xəbər» yazır.
XS
SM
MD
LG