Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Boyük 20-lər ölkələrinin London ətrafında görüşü davam edir


Böyük 20-lər ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin London ətrafında görüşü davam edir.
Görüşdə qlobal iqtisadi böhrandan çıxış yolları müzakirə olunur.

Görüş bu ölkə rəhbərlərinin gələn ay Londonda keçiriləcək sammitinə hazırlıq məqsədi daşıyır.

Görüş iştirakçıları arasında hələ də fikir ayrılığı mövcuddur.

Birləşmiş Ştatlar digər ölkələri böhranla mübarizəyə daha çox vəsait ayırmağa çağırır.
Almaniya və Fransa başda olmaqla, bir sıra Avropa ölkələri isə hesab edirlər ki, ilk növbədə maliyyə bazarlarında nəzarəti kəskinləşdirmək lazımdır.

Dünya iqtisadiyyatının 80 faizindən çoxunu təşkil edən böyük 20-liyə Birləşmiş Ştatlar, Yaponiya, Çin, Avropa Birliyi ölkələri habelə Rusiya, Braziliya, Türkiyə, Cənubi Koreya və Səəduyyə Ərəbistanı daxildir.
XS
SM
MD
LG