Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:28

Azərbaycan Abxaziyada dəmiryolunun bərpası üçün təklif almayıb


Səs: Real audio
“İraqda seçkilər təxirə salınmalıdırmı?” Bu məlumatı “Azadlıq” radiosuna Respublika Dəmiryolu İdarəsinin mətbuat xidməti verib.



Gürcüstan və Rusiya agentliklərinin məlumatına görə, Rusiya, Gürcüstan, Azərbaycan və Ermənistanın iştirakıyla konsorsium yaradılacaq və bu konsorsium Abxaziya ərazisində dəmiryolunun bərpasıyla məşğul olacaq. Dörd ölkənin nəqliyyat rəsmilərinin daxil olacağı bu konsorsium bərpa xərclərini öz üzərinə götürəcək.



Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Xaləddin İbrahimli belə bir konsorsiumun yaradılmasına müsbət yanaşır. Çünki bu, Gürcüstan üçün sərfəli təklifdir. Digər tərəfdən, belə olan halda Azərbaycan Abxaziya ərazisindən Qərbə dəmiryolu vasitəsilə daha bir çıxış əldə etmiş olar.



Xaləddin İbrahimlinin fikrincə, Azərbaycanın Ermənistanla iqtisadi əməkdaşlığa getməməsini əsas gətirmək bu məsələdə ifrata varmaqdır.



Gürcüstan Dövlət Dəftərxanasından verilən məlumata görə, konsorsiumun yaradılmasının texniki tərəfləri yanvarın 10-da baş nazir Zurab Jvaniyanın Rusiyanın nəqliyyat naziri İqor Levitinlə görüşündə müzakirə edilməlidir.
XS
SM
MD
LG