Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 09:24

16 oktyabr hadisələrinə görə daha 10 nəfərə cəza istənildi


Səs: Real audio
“İraqda seçkilər təxirə salınmalıdırmı?” Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 16 oktyabr hadisələrində iştirakda ittiham olunan daha 10 nəfər haqqında dövlət ittihamçısı cəza istədi.



Prokuror Nazir Quliyev müttəhimlərdən iki nəfərinin 4 il yarım müddətinə azadlıqdan məhrum edilməsini, 8 nəfərə isə şərti cəza verilməsini istədi. Dövlət ittihamçısının sözlərinə görə, istintaq müttəhimlərin 2003-cü il oktyabrın 16-da Bakıda baş vermiş toqquşmalarda iştiraklarını sübut edib.



Vəkillər çıxışa etiraz edib müttəhimlərə bəraət verilməsini istədilər. Vəkil Aydın Nəzərli bildirir ki, müttəhimlərə qarşı irəli sürülən ittihamlar sübut olunmayıb.



Məhkəmə prosesini ATƏT-in Bakı ofisinin eksperti Müzəffər Baxışov da müşahidə edirdi. O deyir ki, ATƏT 16 oktyabr hadisələriylə bağlı ötən ilki məhkəmə prosesləri haqqındakı hesabatını yanvarın sonlarında açıqlayacaq.



2004-cü ildə 16 oktyabr hadisələriylə bağlı 15 məhkəmə hökmü çıxarılıb. 33 nəfər şərti cəza alıb, 100-dən artıq şəxs, o cümlədən 7 müxalifət lideri müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.



Onlar 2003-cü il prezident seçkilərindən sonra Bakıda polislə mitinqçilər arasında baş vermiş toqquşmaların təşkilində və iştirakçılığında günahlandırılır.



Bu, 16-cı məhkəmə prosesidir. Eyni itihamla daha 10 nəfər haqqında da yeni məhkəmə prosesinin başlanacağı gözlənilir.
XS
SM
MD
LG