Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:17

Bugünkü Qlobusun qonaqları:<br>- Çexiyada siyasi mühacirətdə yaşayan və yaxın günlərdə Azərbaycana qayıdacaq Səday Nəzərov,<br>- Hollandiyada yaradılan Avropa-Qafqaz Elm və Mədəniyyət Mərkəzinin sədri Gülşən Kazımova,<br>- Kanada- Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri İlham Axundov


Səs: Real audio
“İraqda seçkilər təxirə salınmalıdırmı?” Salam.

Efirdə Qlobus proqramıdır. Mikrofonda mən, Samirə Faiqqızı. Bu gündən başlayaraq Qlobus proqramı hər həftənin şənbə günləri efirə çıxacaq.

Qlobusda biz xaricdə yaşayan azərbaycanlılardan və onların təşkilatlanmasından danışırıq.



Bugünkü Qlobusun qonaqları :



- Çexiyada siyasi mühacirətdə yaşayan və yaxın günlərdə Azərbaycana qayıdacaq Səday Nəzərov,

- Hollandiyanın Rəysveq şəhərində yaradılan Avropa-Qafqaz Elm və Mədəniyyət Mərkəzinin sədri Gülşən Kazımova,

- Kanada- Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri İlham Axundov.



Mən, Samirə Faiqqızı isə Azadlıq Radiosunun Praqadakı studiyasındayam.



Beləliklə, ilk qonağım – son yeddi il Praqada siyasi mühacir kimi yaşayan Səday Nəzərovdur. Səday bəy 1994-cü ilin oktyabrında Azərbaycanı tərk edib, Moskvaya köçüb və orada elmi fəaliyyətlə məşqul olub. 1997-ci ildə Moskvanı da tərk etməli olub və elə həmin vaxt Praqaya köçüb və 1997-ci ildə Çexiya hökumətindən siyasi mühacir statusu alıb.



11 illik mühacir həyatından sonra Səday bəy yanvarın 10-da Bakıya qayıdacaq, baxmayaraq ki, o hesab edir ki, onun üçün Azərbaycanda həbs təhlükəsi hələ də mövuddur. Siyasi mühacirətin səbəbləri barədə Səday bəy mənə bunları söylədi.



Səday bəy deyir ki, Azərbaycana qayıtması ilə bağlı o, 2004-cü ilin iyun ayında Praqada səfərdə olan ombudsman Elmira Süleymanovaya müraciət edib.



Bu son 7 il Praqada siyasi mühacir kimi yaşayan Səday Nəzərovdur. Onu da deyim ki, Səday bəyin oğlu, hazırda Praqada ailəsi ilə yaşayan Elşən Nəzərov 2003-cü ildə yaradılmış Azərbaycan-Çex Cəmiyyətinin sədridir.



Qlobusun növbəti süjeti Hollandiyadandır. Qonağım isə Gülşən xanım Kazımovadır. Gülşən xanım 12 ildir ki, Hollandiyanın Rəysveq şəhərində yaşayır. 1993-cü ildə Gülşən xanım bu ölkəyə oxumağa gəlib və Hollandiyada yaşayan bir türk azərbaycanlı ilə ailə qurub və o vaxtdan da bu ölkədə yaşayır.

Gülşən xanım bu yaxınlarda yaradılmış Avropa-Qafqaz Elm və Mədəniyyət Mərkəzinin sədridir.



Bu Hollandiyadan Gülşən Kazımovadir.

Bu yaxınlarda Brüssel şəhərində Belçika, Hollandiya və Lüksemburqda fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatlarının nümayəndələrinin iştirakı ilə konfrans keçirilib. Konfransda diaspora təşkilatları arasında koordinasiya problemi müzakirə edilib. Bu təşkilatlar arasında birlik və həmrəyliyin təmin edilməsi üçün,

təklif edilib ki, bu üç ölkədə Azərbaycan Təşkilatlarının Əlaqələndirmə Şurası yaradılsın.



Və bugünkü Qlobusun axırıncı qonağı yer kürəsinin başqa hissəsindən – Kanadadandır.

İlham Axundov Kanada – Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədridir.

Üç ildir Hamilton şəhərinində yaşayır, hazırda Makmaster Universitetinin professorudur, riyaziyyat üzrə dərs deyir.



Bu günə bu qədər. Siz Qlobus proqramına qulaq asdınız. Bugünkü Qlobusun qonaqları Praqadan, Hollandiyadan və Kanadadan idilər. Qlobusda deyilənlərlə bağlı fikirlərini bizimlə bölüşdürmək istəyənlər Azadlıq radiosunun Bakı bürosunun 493-73-75 və Praqadakı redaksiyamızın 4202-21122351 nömrəli telefonlarına zəng edə bilərlər. Qlobusu mən apardım, Samirə Faiqqızı, Sağ olun, gələn şənbə günü yenidən görüşənədək.
XS
SM
MD
LG