Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:13

Qırğızıstanda nüfuzlu siyasətçi qəzada həlak olub


Qırğızıstanda tanınmış siyasi liderlərdən olan Medet Sadırkulov və onunla birlikdə maşında olan daha iki nəfər avtomobil qəzasında həlak olub.

Daxili İşlər nazirliyi hadisənin martın 13-də paytaxt Bişkəkdən kənarda baş verdiyini bildirir. Nazirlik qeyd edir ki, cəsədlər yandığından onların ayırd edilməsi bir qədər vaxt çəkəcək.

Medet Sadırkulov yanvar ayına qədər prezident Kurmanbek Bakiyevin administrasiyasının rəhbəri olub. Yaxınları şübhələnirlər ki, bu qəza əvvəlcədən planlaşdırılmış bir qətl ola bilər.
XS
SM
MD
LG