Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 00:31

Əli Kərimli: 2003 – cü ildəki səhvləri 2005-ci ildə təkrarlamaq üçün biz mütləq bir araya gəlməyi bacarmalıyıq


Səs: Real audio
“İraqda seçkilər təxirə salınmalıdırmı?” Azərbaycanın bir sıra müxalifət partiyaları qarşıdakı parlament seçkilərinə birgə qatılmaq niyyətindədirlər. Onlar bu seçkilərdə qələbə qazanmaq üçün irəli sürüləcək namizədləri ümumi razılq əsasında müəyyənləşdirmək istəyirlər. Hazırda bu məsələ müxalifət düşərgəsində ciddi müzakirə edilməkdədir. Bunu bir sıra müxalifət partiyalarının liderləri də təstiqləyir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası islahatçılar qanadının sədri Əli Kərimlinin sözlərinə görə, dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə partiya qərərgahında düzənlənən tədbirdə ilk dəfə o bu təklifi irəli sürüb. AXCP sədri deyir ki, onun 2005 – ci ildə seçkilərə birlikdə getmək təklifinə müxtəlif yanaşmalar olsa da ümumən bu ideyaya həmrəylik özünü göstərir. »Biz çalışmalıyıq ki, danışıqlar və kompramislər nəticəsində Azərbaycan cəmiyyətinin vahid blokunun yaranmasına nail olaq»-deyən Əli Kərimlinin fikrincə, bu birliyin yaranması ehtimalı çox böyükdür.

Partiyasının həmişəki kimi seçki yolu ilə hakimiyyətə gəlmək fikrində olduğunu deyən Müsavat başqanı İsa Qəmbər isə bildirir ki, «seçkilərdə digər siyasi qüvvələrlə birgə iştirak etmək mümkündür. Bu istiqamətdə artıq məsləhətləşmələr gedir. Seçki məcəlləsinə dəyişikliklərlə bağlı bizim ortaq mövqeyimiz təqdim olunduqdan sonra, parlament seçkilərində hansı siyasi qüvvələrin birgə iştirak edəcəyi ilə bağlı məsələlər əsas mövzu olacaq və məsləhətləşmələimiz davam edəcək».

Müsavat başqanı deyir ki, namizədlərin birgə müəyyənləşdirilməsi məsələsi demokratik qüvvələrin niyyətidir və onlar bu niyyəti gerçəkləşdirməyə çalışacaqlar.

AMİP sədrinin vəzifəsini icra edən Əli Əliyev də rəhbərlik etdiyi qurumun qarşıdakı parlament seçkilərində digər partiyalarla birgə iştirakını məqbul sayır. O deyir ki, AMİP əməkdaşlıq eləməklə müxalifətin daha geniş hissəsinin dəstəyini almaq fikrindədir. Ancaq tərəfdaş seçilən zaman bu vaxta qədər olan münasibətlərə və təcrübəyə istinad ediləcək: « parlament seçkiləri öncəsi çalışacağıq ki, əməkdaşlıq işlərini gücləndirək ki, digər partiyalarla bu istiqamətdə münasibətlər qurula bilsin. Namizədlər irəli sürülərkən həmin qüvvələrlə razılaşdırma prinsipinə üstünlük veriləcək».

Əli Əliyevin sözlərinə görə bu seçkilərə tək qatılmaq ümumilikdə Azərbaycana və həmin partiyanın özünə heç bir fayda verməz.

Sosial – Strateji Tədqiqatlar və Analitik Araşdırmalar ictimai birliyinin prezidenti İlqar Hüseynli isə deyir ki, «Ukraynada müşahidəçi qismində iştirak etdiyim prezident seçkilərində məlum nəticinin əldə edilməsinin əsas səbəbi ayrı – ayrı müxalifət partiyalarının birləşməsi oldu. Azərbaycan müxalifətinin bu gün vahid namizəd məsələsini müzakirə etməsi müsbət haldır. Əgər bu kompaniya uğurla aparılarsa, bu çox ciddi nrəticələrə gətirib çıxaracaq. Söhbət müxalifətin qələbəsindən yox sadəcə Azərbaycanda azad və ədalətli seçkiyə nail olunmasından gedir. Uzun illərin təcrübəsi göstərir ki, Azərbaycanda birləşmədən azad və ədalətli seçkiyə nail olmaq mümkün deyil».

Əvvəllər də belə birləşmə cəhdlərinin olmasına baxmayaraq heç bir nəticə əldə edilməməsi, eyni zamanda keçmiş səhvlərin indi təkrarlanmaması məsələsinə gəlincə, partiya rəhbərləri həmin acı təcrübənin bu ehtimalı aradan qaldıracağına ümid etdiklərini deyirlər.

Azərbaycan Xalq Cəbhəsi Partiyası islahatçılar qanadının sədri Əli Kərimli deyir ki, «2003 – cü ildə də müxalifətin birləşib prezident seçkilərində vahid namizədlə iştirak etməsi ideyası var idi. Çox təəssüf ki, bu reallaşmadı və Azərbaycan cəmiyyəti razılığın əldə edilməməsinin acısını gördü. İndi, 2005-ci ildə də həmin səhvləri təkrar eləmək olmaz. Ona görə də bu parlament seçkilərində biz mütlə
XS
SM
MD
LG