Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:57

Sürüşməyə səbəb nədir?


Səs: Real audio
“İraqda seçkilər təxirə salınmalıdırmı?” Paytaxtın Nərimanov meydanı ərazisində baş verən torpaq sürüşməsi ətrafında hazırda ən müxtəlif fikirlər səslənir. Ancaq əsas fikir ondan ibarətdir ki, bu sürüşmə ərazidə aparılan tikinti işlərinə görədir. Sakinlər deyirlər ki, hələ bu hadisədən əvvəl istər Bakı şəhər rəhbərliyini, istərsə də başqa aidiyyəti orqanları sürüşmə təhlükəsiylə bağlı xəbərdar etsələr də, heç bir tədbir görülməyib.



Dövlət rəsmiləri də səbəb kimi ərazidə aparılan tikinti işlərini istisna etmirlər.



Ekologiya və təbi sərvətlər naziri Hüseynqulu Bağırov deyir ki, sürüşməyə ola bilsin, tikintilər təsir göstərib.



Ancaq ərazidə tikinti aparan şəxslər hesab edirlər ki, sürüşmənin səbəbkarı heç də onlar deyillər. Çünki yamacı kəssələr də çox ciddi təhlükəsizlik tədbirləri görüblər.



Bununla belə onlar hansı firmaya və ya hansı təşkilata mənsub olduqlarını demirlər.



Yanvarın 6-sı əraziyə gələn baş nazir Artur Rəsizadənin göstərişiylə tikintı faktiki dayandırılıb. Ərazidə yaşayan sakinlərdən bəzisi hesab edir ki, sürüşməylə bağlı hay-küy həddən ziyadə şişirdilir. Bunda isə məqsəd kimlərinsə bu əraziyə göz dikmələridir. Yəni, əhali oradan köçüb getsin, orada yeni-yeni çoxmərtəbəli binalar tikilsin. Hətta gəzən söz-söhbətlər arasında sürüşməni Cənub-Şərqi Asiya ölkələrində baş verən təbii fəlakətlərlə də izah edənlər var. Ancaq Fövqaladə Hallar üzrə Dövlət Komisiyasının sədri Abid Şərifov belə fikirləri qəti təkzib edir.



Abid Şərifov sürüşməyə tikintilərin səbəb olub-olmamasıyla bağlı isə heç nə deməyib.



Geologiya İnstutunun baş müxəxəsisi profesor Firdosfi Əliyev isə deyir ki, həmin ərazilərdə 43,52,77 və78-ci illərdə də sürüşmə baş verib. Firdosfi Əliyevin sözlərinə görə belə sürüşməyə meyilli ərazilərdə tikinti aparmaq düzgün deyil idi.



Onlar bü sürüşməni əvvəlcədən proqnozlaşdırdılar. Hətda sürüşmədən əvvəl bu barədə Fövqaladə Hallar üzrə Dövlət Komisiyasını da məlumatlandırıblar. Həmin ərazidə Geologiya instutunun araşdırması olub və onlar tikintiyə icazə verməyiblər.



Yeri gəlmişkən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da «Turan» informasiya agentliyinə bildirib ki, həmin tikintiyə o icazə verməyib. Baş nazir Artur Rəsizadə hadisə gerinə gələndə jurnalistələr sürüşmə ərazisində tikintiyə kimin icazə verdiyini ondan da öyrənmək istəyiblər. Ancaq o da bu məsələyə aydınlıq gətirməyib.
XS
SM
MD
LG