Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

YUNİSEF “sunami uşaqları”nı köləlikdən qurtarmağı xahiş edir


Səs: Real audio
“İraqda seçkilər təxirə salınmalıdırmı?” --“Vaşinqton Tayms”



“Ukraynanın yeni prezidenti Viktor Yuşenko ölkədə çağdaş bazar iqtisadiyyatı qurmağı vəd etdiyi bir vaxtda Türkmənistan əvvəlcə Ukraynaya təbii qazın verilməsini dayandırıb, Kiyev qazın kubmetrinə 30 faiz çox ödəməyə razılıq verdikdən sonra isə onu bərpa edib”.



Təbii qazın kubmetrinin qiyməti üstündə mübahisə müstəqillik aldıqdan 13 il sonra da Ukraynanın əvvəlkitək keçmiş Sovet iqtisadi infrastrukturunun əsarətində qaldığını göstərir.



Viktor Yuşenko hələ rəsmən prezident elan olunmasa da, Türkmənistan prezidenti Saparmurat Niyazov artıq onu qələbə münasibətilə təbrik edib.



--“Liberasyon”



“İraq xalqının müharibə iztirablarına son qoymaq sunami fəlakəti qurbanlarının həyatını qurtarmaqdan daha çətindir”.



İraqda zorakılığı dayandırmanın tək bir yolu var. Bu da bütün iraqlıları təmsil edən hökumətin iqtidara gəlməsidir. Ancaq bu, baş tutana oxşamır. Ölkə əhalisinin beşdə birinin terror, ya da boykot üzündən qatılmadığı seçkinin nəticələrini sünnilər qanuni hesab etməyəcəklər. Bundan isə vətəndaş müharibəsi qoxusu gəlir.



--“Faynenşl Tayms”



Sünni qruplaşmalar 30 yanvar seçkilərinə yaxşı baxmır. “Sünni üçbucağı”nda təhlükəsizlik böhranı ortadaykən burada səsvermənin necə keçiriləcəyi müəmmalıdır.



Ancaq seçkilərin təxirə salınması İslamçı yaraqlıların zəfəri, demokratiyanın məğlıbiyəti demək olardı.



İraqda çoxluqda olan şiələrin seçkilərdən qalib çıxacağı heç kimdə şübhə doğurmur. Amma demokratiya elə çoxluğun hakimiyyəti deməkdir.



--“Qardian”



Amerika ailələri sunamidən zərər çəkmiş ərazilərdən uşaqları övladlığa götürmək istəsələr də, rəsmilər yetim qalmış uşaqların ölkəyə gətirilməsi haqda danışmağın hələ tez olduğunu deyirlər.



Belə ki, ABŞ Vətəndaşlıq və Miqrasiya Xidmətinin məlumatına görə, fəlakət nəticəsində doğrudan da yetim qalmış uşaqların şəxsiyyətinin müəyyənləşdirilməsi bir neçə ay çəkəcək.



Bu arada Cənub-Şərqi Asiya ölkələri itkin düşən uşaqları insan alverçilərindən qorumaq üçün tədbir görür. İndoneziya fələkətə məruz qalan Açeh əyalətindən uşaqların xaricə çıxarılmasına müvəqqəti qadağa qoyub.



--“Taqestsaytunq”



YUNİSEF narahatlığını gizlətmir. Qurum İndoneziyanın Açeh əyalətindən uşaqların oğurlandığına dair məlumata malikdir.



Sunami üzündən burada on minlərlə uşaq yetim qalıb, ya da itkin düşüb.



Digər fəlakət zonalarında da vəziyyət humanitar təşkilatlarda narahatlıq doğurur. Rəsmi hesablamalara görə, Şri-Lankada yüzlərlə ata və anadan yetim uşaq qalıb. Uşaqlara qarşı cinayətlər, o cümlədən yeniyetmələrin zorlanması haqda məlumatlar dolaşır.
XS
SM
MD
LG