Səs: Real audio
Artıq ikinci ildir ki, İraq reportyorlar üçün ən təhlükəli ölkə olaraq qalır Azərbaycan sunamidən zərər çəkmiş zonaya yardım etmək barədə hələ də qərar verməyib. Xarici İşlər Nazirliyinin mətbuat xidməti deyir ki, onlara həmin zonadan kömək üçün müraciət edilib, müraciət məktubunu Nazirlər Kabinetinə göndəriblər. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görəsə, belə bir yardım barədə hələ qərar yoxdur.
Sunami zonasına yardım etmək təklifi ilk dəfə parlamentdə səslənmişdi. Bu təklifi millət vəkili Qüdrət Həsənquliyev dilə gətirmmişdi. Milli Məclisin sədri Murtuz Ələsgərovun bu təklifə cavabı isə belə olmuşdu ki, ölkə prezidenti həmin ölkələrə başsağlığı göndərib və bu kifayətdir.
Dövlət strukturlarından bu yardımla bağlı ətraflı məlumat almaq mümkün olmadığından parlament üzvlərinin fikrini öyrəndim. Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevin dediyinə görə, özünün xeyli qaçqınının olmasına baxmayaq, Azərbaycan bu yardımı göstərməliydi. Burda söhbət heç də həmin yardımın məbləğindən getmir, bu məbləğ çox simvolik də ola bilər, məsələ Azərbaycanın imicindədir.
Qüdrət Həsənquliyev deyir ki, dünya birliyinin azərbaycanlı qaçqınlarla bağlı prinsipial mövqe tutmamasına, onların öz yerlərinə qayıtmasına nail ola bilməməsinə baxmayaraq, Azərbaycan həmin yardmı göstərməliydi. Ən azından ona görə ki, zəlzələ zonasına yardım edən ölkələr arasında Azərbaycanın da adının olması lazım idi.
Millət vəkili, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı isə fərqli düşünür. Onun fikrincə, dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələri sunami zonasına yardım ayırıb. Azərbaycan isə iqtisadi cəhətdən elə də inkişaf etmiş ölkə deyil.
Mübariz Qurbanlının fikrincə, bundan başqa zəlzələ ölkələrinə yardımın çatdırılması da problemdir.
Mübariz Qurbanlı deyir ki, zəlzələ zonasına yardım yaxın illərdə də davam edəcək, Azərbaycan həmin yardımı bu yaxınlarda da göstərə bilər. O ki qaldı, Azərbaycanın özünün qaçqınlarıyla bağlı gətirilən arqumentlərə, millət vəkili bu fikirlə razı deyil, onun dediyinə görə, yardım məsələsində hər bir ölkə öz imkanlarından çıxış edir, daxili problemlərini nəzərə almır.