Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

Şimal rayonlarında yanacaq böhranı davam edir


Səs: Real audio
“İki milyard dollar vəd olunub, bəs dünya vədinə sadiq qalacaqmı?” Quba, Qusar və Xaçmaz rayonlarında ciddi yanacaq və enerji böhranı davam etməkdədir.



Bölgə rəsmilərindən aldığımız məlumata görə, 3 rayon mərkəzi, 30 kənd və 6 qəsəbə tamamilə qazsız qalıb.



Rayonlarda enerji çatışmazlığı da hökm sürür. Artıq bəzi yaşayış məntəqələrinə gün ərzində cəmi 6-8 saat işıq verilir. Yanvarın 4-dən başlayaraq rayon mərkəzlərinə də elektrik enerjisi böyük fasilələrlə ötürülür. Çətin duruma düşmüş əhali mənzillərini isitmək üçün meşələrə üz tuturlar.



Qaz istismarı və satışı idarələrinin rəhbərləri isə yerli telekanallarda təbii qazın nəqlinin yaxın günlərdə bərpa ediləcəyini bildirirlər.



Dağıstanın “Kaspiqazprom” şirkəti ilə də əlaqə saxladıq. Dispetçer xidmətindən dedilər ki, “Kaspiqazprom” yalnız ötürücü rolunu oynayır. Hələlik Moskvadan Azərbaycan istiqamətində gedən borulara təbii qazın buraxılması barədə heç bir göstəriş verilməyib.
XS
SM
MD
LG