Keçid linkləri

2024, 12 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 16:53

İbtidai siniflərin dərs sayı azalıb, amma proqram dəyişməyib


Səs: Real audio
“İki milyard dollar vəd olunub, bəs dünya vədinə sadiq qalacaqmı?” Bu ziddiyət bir tərəfdən ibtidai sinif şagirdlərinin dərsləri qavramaq imkanını azaldır, digər tərəfdən müəllimlər üçün də problemlər yaradır. Avqustun 21-də verilən prezidentin fərmanı ilə bu dərs ili əvvəlki kimi sentyabrın 1-i yox, 15-i başladı. Tətillərdə də dəyişikliklər edildi. Misal üçün yanvarın 5-də sona çatan qış tətili əvvəlki kimi 10 gün yox cəmi bir həftə çəkir. İbtidai siniflər isə tamamilə 5 günlük dərs cədvəlinə keçdilər. Amma 1-cidən 4-cü sinifədək dərs proqramı dəyişmədi - 6 günlük cədvələ uyğun qaldı. Nəticədə məktəblilər eyni miqdarda dərsi daha az vaxta keçməyə məcbur olurlar. Vəziyyətdən müəllimlər də şikayət edir, uşaqlar da. 82 saylı məktəbdə çalışan Əməkdar müəllim Kəbutər İsmayılova belə şəraitdə dərs keçməyin problem olduğunu deyir. Onun sözlərinə görə, dərslərdə dəyişiklik edilməyəcəkdisə ötən ilki 6 günlük rejim daha yaxşı idi.

Prezident fərmanında gələn dərs ilindən orta məktəblərdə bütün siniflərin 5 günlük dərs cədvəlinə keçiriləcəyi deyilir. Fərmana görə, bu il fevral ayının ortalarına kimi Təhsil Nazirliyi bütün hazırlıqları sona çatdırıb təklifləri prezidentə təqdim etməlidi. Amma bu il ibtidai siniflərin 5 günlük rejimi yuxarı siniflərdə də belə problemlərin yaşanacağını istisna etmir. Azad Müəllimlər birliyinin sədri Məlahət Mürşüdlü hazırlıqsız keçidin təhsilə zərbə vurduğunu deyir. Onun sözlərinə görə, Avropaya yaxınlaşma belə üsulla aparılmamalıdır.

Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə yaratmaq cəhdlərimiz başa çıxdı. Ancaq bir qədər əvvəl aldığımız məlumata görə, nazirlikdə ibtidai siniflər üçün dərs proqramının üzərində iş hələ davam edir. Amma proqramın yalnız gələn dərs ili üçün hazır olacağı gözlənilir.
XS
SM
MD
LG