Səs: Real audio
“İki milyard dollar vəd olunub, bəs dünya vədinə sadiq qalacaqmı?” 2004-cü illə müqayisədə bu il səhiyyəyə 46 faiz çox pul ayrılıb. Maliyyə Nazirliyinin mətbuat xidmətindən Tünzalə Rafiqqızının verdiyi məlumata görə, 2005-ci ilin dövlət büdcəsində səhiyyə sahəsi üçün 600 milyard manata yaxın vəsait nəzərdə tutulub. Tünzalə Rafiqqızı deyir ki, həmin pulların bir hissəsi də səhiyyə işçilərinin əmək haqlarının artırılmasına yönəldiləcək. Amma bu artımın nə qədər olacağı hələ dəqiqləşməyib.
Ümumilikdə isə səhiyyə xərcləri yenə də başqa sahələrə ayrılan vəsaitdən azdır, məsələn, təhsil xərclərindən 3 dəfə, sosial müdafiə xərclərindən isə 2 dəfə azdır. Səhiyyə sahəsinə dövlət büdcəsindən az vəsait ayrılması fikri dəfələrlə səhiyyə naziri Əli İnsanovun da dilindən səslənib. «Mən deputatlara demişdim ki, siz mənim qollarımı bağlayırsız, sonra da istəyirsiz ki, yaxşı futbol oynayım»
Amma ekspertlərə görə, səhiyyə sahəsinə ayrılan vəsaitlərin çoxalması tibb işçilərinin maaşlarının köklü şəkildə artmasına gətirib çıxarmayacaq. İqtisadi Tədqiqatlar Mərkəzinin təmsilçisi Azər Mehdiyev deyir ki, bunun səbəbi sadəcə, dövlət büdcəsinin sovet dövründən miras qalan nəhəng bir tibb kontingentini normal maaşla təmin etmək iqtidarında olmamasıdır. Azər Mehdiyev deyir ki, ona görə də son illərdə həkimlərin maaşı ancaq minmum əmək haqqı artanda buna müvafiq olaraq cüzi qaldırılıb. Bir çox başqa sahələrdə çalışanlardan fərqli olaraq həkimlərin maaşının qaldırılmasıyla bağlı xüsusi bir prezident fərmanı olmayıb.
Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, Azərbaycanda 30 min nəfərə yaxın həkim və təxminən 60 min nəfər orta tibb işçisi var. Şəhər poliklinikalarından dəqiqləşdirdiyimizə görə, ən aşağı həkim maaşı təxminən 130 min manat, yəni minimum əmək haqqından bir qədər yüksəkdir. Xəstəxanalarda işləyən həkimlər isə nisbətən çox maaş alırlar. Bakıdakı Musa Nağıyev adına xəstəxananın həkimi Mehdi Mehdiyev deyir ki, aylıq qazancı təxminən 100 dollardır və 25 illik təcrübəsi olan həkim üçün bu çox azdır. Mehdi Mehdiyev deyir ki, «həkimi xalq dolandırır» fikrini əsas götürüb tibb işçilərinin maaşını artırmamaq, yaxud cüzi artırmaq düzgün deyil. Onun sözlərinə görə, əhalinin dolanışıq səviyyəsi elə yüksək deyil ki, həkimi də dolandırsın.
İqtisadi İnkişaf Assosiasiyasının rəhbəri Orxan Kərimov isə deyir ki, Azərbayanda həkimlərin aldıqları maaşı normal saymaq olmaz, amma onun fikrincə, hamının maaşını böyük məbləğdə artırmaq da düzgün deyil. O hesab edir ki, səhiyyə sahəsində ciddi islahatlar aparılmalıdır. Orxan Kərimovun qənaətincə, dövlət büdcəsindən maliyyələşən səhiyyə işçilərini attestasiyadan keçirmək və səhiyyə sistemini təsadüfi və keyfiyyətsiz kadrlardan təmizləmək lazımdır. O deyir ki, yalnız bu halda dövlət büdcəsi həkimə yüksək maaş vermək iqtidarında olacaq.
Orxan Kərimov onu da bildirir ki, dövlət büdcəsindən maaş alan tibb işçlərinin sayını azaltmağın bir yolu da özəl səhiyyə sahəsinin inkişaf etdirilməsi və bununla yanaşı tibbi sığorta sisteminin tətbiqidir.