Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:02

Azərbaycanlı zəvvarlar Həccə yola düşür


Səs: Real audio
Seçkilərə monitorinqdə əsas rolu BMT oynamalıdır Yanvarın 5-də Azərbaycandan Həccə gedən zəvvarlar avtobusla yola düşür.



Qafqaz Müsəlmanları Ruhani İdarəsinin mətbuat xidmətinin rəhbəri Hacı Akif Ağayev deyir ki, Həccə avtobusla təxminən 800 nəfər gedəcək. Yanvarın 6-da daha bir qrup zəvvar avtobusla yola düşəcək. Zəvvarlar İran, Türkiyə, Suriya və İordaniya ərazisindən keçəcəklər.



Yanvarın 11-dən isə Həccə təyyarə reysləri başlayacaq. 900 nəfər çarter reysi ilə Bakıdan Mədinəyə uçacaq. Hacı Akif Ağayev deyir ki, İraqdakı vəziyyətə görə zəvvarlar bu ölkə ərazisindəki imamların qəbrini ziyarət edə bilməyəcəklər.



Bu il Qurban bayramı yanvarın 21-də olacaq. Həmin gün Həcc mərasimindən sonra azərbaycanlı zəvvarlar geri dönəcək.



Bu il Qafqaz Müsəlmanları İdarəsinin xəttilə Həccə 1 600-dən çox zəvvar gedir. Azərbaycanın kvotası 8 000 nəfərdir. Bir sıra turizm şirkətləri də Həccə ziyarətin təşkiliylə məşğul olur.
XS
SM
MD
LG