Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:15

İlham Şaban: “Rusiyadan söyləndiyi qədər qaz alınmır”


Səs: Real audio
Seçkilərə monitorinqdə əsas rolu BMT oynamalıdır Azəriqaz səhmdar cəmiyyətindən verilən məlumata görə, yeni ilin ilk günlərindən başlayaraq Rusiyadan Azərbaycana qaz nəqli dayanıb, nəticədə respublikanın bəzi bölgələrinə verilən qaz kəsilib, elektrik stansiyaları mazutla işləməyə başlayıb. Cəmiyyətin bildirdiyinə görə, bayram günləri Bakıya verilən təbii qazın həcmi isə adi günlərdəkindən xeyli artıq- 9 milyon kubmetrdən çox olub.

Hazırda yalnız Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Siyəzən, Dəvəçi, Neftçala və Salyan təbii qaz alır, bu da yerli istehsal və yeraltı anbarlar hesabınadır.

Gəncə şəhər qaz idarəsindən bölgə müxbirimizə deyiblər ki, Gəncəyə verilən qaz kəsilməyib, sadəcə 935 min kubmetrlik qaz limiti azaldılıb, hazırda 765 min kubmetr qaz verilir. Bu azalma şəhərin kənar məhəllələrinə verilən qazın kəsilməsinə səbəb olub. Bundan başqa qaz verilməsində olan məhdudiyyət bir saat da artırılıb.



Rusiya tərəfi, konkret olaraq Dağıstanın Kaspiqazprom şirkəti Azərbaycana nəql olunan təbii qazın kəsilməsini Türkmənistandan Rusiyaya verilən təbii qazın dayandırımasıyla izah edir.

Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban isə Azərbaycanın Rusiyadan aldığı qazdan asılılığının dərin səbəbləri olduğunu bildirir. Onun dediyinə görə, Azərbaycan ildə 9 milyard kubmetr qaz istehlak edir, baxmayaraq ki, yerli kütləvi informasiya vasitələri qaza olan ehtiyacın ildə 12-14 milyard kubmetr olduğunu deyir. Müqaqisə üçün Rusiyanın Sankt Peterburq vilayəti ötən il cəmi 10.8 milyard kubmetr qaz istehlak edib.

Digər tərəfdən Azərbaycan rəsmiləri deyir ki, Rusiyadan alınan qazın 80 faizi elektrik stansiyalarına gedir, yalnız 20 faizi şimal rayonlarına və yeraltı anbarlara verilir.

İlham Şabanın fikrincə, Rusiyadan, söyləndiyi kimi, 4-5 milyard kubmetr qaz alınmır, əks halda həmin qazın kəsilməsiylə Azərbaycanın 40 rayon mərkəzində qaz problemi yaranmazdı.

Bəs Azərbaycan Rusiyadan qaz almadan özünü təmin edə bilərmi? İlham Şaban bunu elektrik enerjisi vasitəsilə həyata keçirməyin mümkün olduğunu deyir. O, dünyanın bir çox ölkələrində istilik sistemlərinin elektrik enerjisinə əsaslandığını misal çəkir.

Şahdəniz qazının respublikada qaz probleminin həllinə nə kimi təsir göstərəcəyinə gəlincə, İlham Şaban buna çox da ümidli olmadığını deyir, çünki Azərbaycan Şahdənizdən çıxarılan qazı da pulla alacaq.
XS
SM
MD
LG