Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:24

»Korrupsiyaya qarşı mübarizə görüntüsü başladı»…


Səs: Real audio
Seçkilərə monitorinqdə əsas rolu BMT oynamalıdır İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasında müzakirə olunan məsələlərdən »Yeni Azərbaycan» qəzeti yazır.



»Azadlıq» qəzeti »Korrupsiyaya qarşı mübarizə görüntüsü başladı» sərlövhəli məqalə dərc edib.



Ölkənin 40 rayonu qazsız qalıb. Bu barədə »Üç nöqtə» geniş yazı dərc edib.



İlham Əliyev Dağlıq Qarabağ probleminin həlli prosesində yeni mərhələ başlandığı barədə fikir açıqlayıb. Bunu »525-ci qəzet» müzakirə edir.



»İqtidar parlament seçkilərinə daxili çəkişmələrin artması ilə başladı» sərlövhəli məqaləyə bugünkü sayında »Bakı Xəbər» yer ayırır.



Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qarşı növbəti kampaniyaya başlanıb. Mövzunu »Xalq Cəbəhsi» qəzeti şərh edir.



20 Yanvar faciəsinin 15-ci ildönümü ilə bağlı prezident İlham Əliyevin sərəncamını »Azərbaycan» qəzeti çap edib.



»Ayna» qəzetinin yazdığına görə, Qarabağın hərbi yolla azad edilməsi planı hazırlanır.



»Exo» qəzeti yazır ki, bu günlərdə Bakıya Cennifer Lopezin gəlişi gözlənilir.
XS
SM
MD
LG