Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Təhlükəsizlik Şurasının bu il ilk iclası keçirilib


Səs: Real audio
Seçkilərə monitorinqdə əsas rolu BMT oynamalıdır Prezident İlham Əliyev 2005-ci ilin ilk iş günündə Təhlükəsizlik Şurasının iclasını keçirib. 2004-cü ildə ictimai, sosial, siyasi və bir sıra digər sahələrdə əldə olunan uğurlar, 2005-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib.



Prezident iclasda regionların sosial—iqtisadi inkişafı üçün mühüm addımlar atıldığını, korrupsiyaya dair mübarizə haqqında qanun qəbul olunduğunu, yeni iş yerlərinin açıldığını qeyd edib.



Prezident həmçinin Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması istiqamətində müəyyən irəliləyişin olduğunu bildirib. O, münaqişənin həllində yeni mərhələnin başlandığını diqqətə çatdırıb.



Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinin bu il başa çatacağını vurğulayan prezident həmçinin deyib ki, bu, regional, o cümlədən nəqliyyat sahəsində yeni uğurlara gətirə bilər.
XS
SM
MD
LG