Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:02

<font color=`#DE4221`>Ortaq məxrəc</font> verilişinin müzakirə mövzusu:<br>Gənc müəllimlər ucqarlardakı iş yerlərindən niyə imtina edirlər?


Səs: Real audio
Seçkilərə monitorinqdə əsas rolu BMT oynamalıdır Azərbaycanın ümumtəhsil məktəblərinin 47%-də müxtəlif fənnlər üzrə müəllim çatmır, daha dəqiq 12 min müəllimə ehtiyac var. Təhsil Nazirliyinin məlumatında göstərilir ki, 5 min müəllim ixtisasını dəyişməlidir, çünki elə məktəblər var ki, orda, məsələn, coğrafiya dərsini tarix müəllimi öyrədir. Amma kimyani, ya da ingilis dilini riyaziyyat müəllimi öyrədə bilmədiyindən, 7 min müəllim yeri tam boşdur. Yəni, məsələn, 842 nəfər Azərbaycan dili müəllimi, ya da 680 tarix müəlliminə ehtiyac var. Bu isə o deməkdir ki, minlərlə şagird öz tarixini, yaxud dilini öyrənmək imkanından məhrumdur. Ya da tarix və ya dil dərslərini coğrafiya müəllimindən alır.



Azərbaycanda pedaqoq hazırlayan təhsil ocaqlarının sayı 20-yə qədərdir. Təkcə 4 iri təhsil müəssisəsi—Bakı Dövlət Universiteti, Pedaqoji Universitet, Xarici dillər İnstitutu və Bakı Slavyan Universitetində birlikdə ildə 4500 pedaqoq hazırlanır. Bəs onda niyə ümumtəhsil məktəblərində müəllim çatmır?



Kənd məktəblərində daha 6200, şəhərlərin ucqar qəsəbələrindəki məktəblərdə isə əlavə 5700 müəllimə ehtiyac var. Səbəb kimi, Təhsil Nazirliyi gənc müəllimlərin ucqarlara getmək istəmədiyini göstərir. Niyə? Bu sualı müəllim olmağa hazırlaşan tələbələrə verdik.



Gənclərin çoxu ucqarlarda yaşayış səviyyəsinin paytaxta nisbətən aşağı olduğunu deyib, kəndlərdə, ya da ucqar qəsəbələrdə dərs demək istəmədiklərini bildirdilər.



Təhsil Nazirliyi və Azad Müəllimlər Birliyinin apardığı araşdırmalar da göstərir ki, gənclər ucqarlardakı şəraitdən qorxurlar. Ağdam rayonu, Səfərli kənd məktəbinin tarix müəllimi Fəqani Səfərov gənclərin haqlı olduğunu deyir. Fəqani Səfərovun sözlərinə görə, kənddə elektrik enerjisi, yanacaq qıtlığı faktı gənc müəllimləri qorxudur. Üstəlik, yeni gələn müəllimə daha az dərs saatı və buna uyğun olaraq az məvacib verilməsi gənc müəllimləri ucqarlardan qaçırdır.



Bu günlərdə Naxçıvanın Babək rayonunda keçirilən əmək yarmarkasına çıxarılan ucqar kənd məktəblərindəki boş iş yerləri tutulmamış qalıb. Yəni, müəllimlər işsiz qalsalar belə, kənd məktəblərinə getmək istəmirlər.



Sovet İttifaqı zamanı təhsilini təzə başa vuran müəllim hansı kənddə, ya da qəsəbədə dərs deyəcəyi barədə özü qərar vermirdi. Bakıdan olan müəllim Şuşanın Kərkicahan kənd məktəbinə göndərilmişdisə, 3 il ərzində onu, Kərkicahan məktəbindın başqa yerdə işə götürmək olmazdı. Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü hesab edir ki, müəllim qıtlığı probleminin kökündə elə təyinat məsələsi dayanır. O deyir ki, təyinat Sovet dövründə olduğu kimi məcburi olmalıdır.



Amma indiki ölkə qanunları, təyinatı məcburi etməyə yol vermir. Azərbaycan Respublikası Konstitusiyasının Əmək hüququ bölməsində, 35-ci maddənin 3-cü bəndində göstərilir ki, heç kəs zorla işlədilə bilməz.



Problemi həll etmək üçün Təhsil Nazirliyi yeni proqram həyata keçirməyə hazırlaşır. Nazirlər Kabinetinin 2004-cü ildə təsdiqlədiyi proqram ucqarlarda işləməyə gedən müəllimlərə güzəştlər nəzərdə tutur. Rayon mərkəzindən 20 km uzaqda işləyən müəllimlər əmək haqqının 10 misli qədər yardım alacaq, torpaq sahəsi, tədris üçün lazım olan vəsaitlə təmin ediləcəklər. Bununla belə, Təhsil naziri Misir Mərdanov deyir ki, kənddəki həyat şəraitinin çətinliyi nazirliyin də işini ağırlaşdırmaqdadır.



Kadr problenminin həlli üçün hazırlanan proqramın gələn 5 ildə reallaşdırılması nəzərdə tutulub. Proqram üçün 5 milyon dollar vəsait ayrılacaq. Nazir Misir Mərdanov vəsaitin çox da yetərli olmadığını, amma yeni proqramın gənc müəllimləri ucqarlara cəlb edəcəyinə inandığını deyir.
XS
SM
MD
LG