Keçid linkləri

2017, 24 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 07:36

Naxçıvan Muxtar Respublikası Konstitusiyasına düzəliş edilib


Səs: Real audio
Seçkilərə monitorinqdə əsas rolu BMT oynamalıdır Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 44 maddəsinə edilən əlavələr nəticəsində artıq muxtar respublikanın Ali Məhkəməsi Naxçıvanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin vəzifələrini də həyata keçirə biləcək.



Bu haqda məsələlər yanvar ayının 3-də Naxçıvanda keçirilən ikinci çağırış Muxtar Respublika Ali Məclisinin altıncı sessiyasında müzakirə edilib.



Muxtar Respublika Ali Məclisinin deputatı Fərəc Yusifbəylinin bildirdiyinə görə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən əlavələrlə yanaşı gündəliyə muxtar respublikanın 2004-cü ildə sosial-iqtisadi inkişafının yekunları, 2004-cü il büdcəsinin icrası, 2005-ci il muxtar respublika dövlət büdcəsinin, həmçinin Ali Məclis sədrinin fərman və sərəncamlarının təsdiq olunması haqda məsələlər də daxil edilib.



Millət vəkilinin sözlərinə görə, 2005-ci il büdcəsi keçən ildəkindən 95 milyard manat artıqdır. Yəni təxminən 342 milyard manata yaxındır.



Fərəc Yusifbəyli bildirdi ki, büdcənin 61.9 faizi sosial istiqamətlərə yönəldilib.



Muxtar Respublika Ali Məclisinin sessiyasına dövlət mətbuat orqanlarından başqa digər mətbuat nümayəndələri buraxılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG