Səs: Real audio
İslam Kərimov sakitcə tennisini oynaya bilər Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın siyasətə mümkün qayıdışının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri olub-olmayacağı barədə Beynəlxalq Böhran Qrupu və Azərbaycandakı müstəqil ekspertlər fərqli düşünür.
Beynəlxalq Böhran Qrupunun Qafqaz üzrə layihə direktoru Sabin Frayzer deyir ki, Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsində mühüm rol oynayıb. Xanım Frayzerin fikrincə, indilik Ter- Petrosyanın münaqişənin həllinə hər hansı təsirindən danışmaq çətindir, əlbəttə o, çox təcrübəli, bilikli adamdır, ümid etmək olar ki, o, münaqişənin həllinə müsbət töhfəsini verəcək.
“Lakin qabaqcadan nəsə demək tezdir. O gərək əvvəlcə ozünü Ermənistanda siyasi səhnədə təsdiqləsin, siyasi xadim kimi yenidən fəaliyyətə başlasın, bundan sonra biz Petrosyanın münaqişənin həllində nə kimi rol oynaya biləcəyindən danışarıq.”
FAR siyasi və iqtisadi araşdırmalar mərkəzinin rəhbəri Hikmət Hacızadə Ter-Petrosyanın siyasətə mümkün qayıdışından Dağlıq Qarabağ münaqişəsinin həlli üçün irəliləyiş gözləyir. Hikmət Hacızadə Ter-Petrosyanın hakimiyyətdən devrilməmişdən azərbaycanpərəst təkliflə çıxış etdiyini, Dağlıq Qarabağ münaqişəsində sülhə dair çağırışlarını yada salır. Bundan başqa Ermənistan prezidenti Robert Koçaryanın yüürütdüyü siyasət nəticəsində ölkənin düşdüyü acınacaqlı vəziyyət də Ter-Petrosyanın xeyrinə işləyir.
Konfliktlərin həlli mərkəzinin rəhbəri Elxan Mehdiyevin fikirləri isə fərqlidir. Onun dediyinə görə, Ter-Petrosyanın siyasətə qayıdışı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə dəyişiklik yarada bilər, lakin bunun irəliləyiş olacağını demək çətindir. Çünki Ter-Petrosyan heç də siyasətə Azərbaycanın xeyrinə işləmək üçün gəlmir.
Elxan Mehdiyev Ter-Petrosyanın Ermənistanın hazırkı prezidenti Robert Koçaryandan daha uzaqgörən siyasətçi olmasını, onun hakimiyyətdə olanda mühitin doğurduğu addımlardan çıxış edərək kompromisə çalışdığını deyir.
Müstəqil politoloq Leyla Əliyeva da Dağlıq Qarabağ münaqişəsilə bağlı Ermənistanda birlik olduğunu deyir. Onun fikrincə, Koçaryan və Ter-Petrosyan arasında əsas fərq onların Türkiyəyə dair siyasətidir. Ter-Petrosyan Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olub, hətta bunu soyqırım məsələsindən üstün tutub. Leyla Əliyeva Dağlıq Qarabağ məsələsində hər hansı müsbət inkişafın Türkiyədən gələcəyini deyir.
Leyla Əliyevanın fikrincə, başqa bir variant odur ki, Türkiyə Avropa Birliyinə inteqrasiyasıyla əlaqədar Ermənistanla sərhədləri açır və tədricən iqtisadi təsirlə yanaşı Ermənistan üzərində siyasi təsir qazanır və bu da son nətticədə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın xeyrinə işləyir.