Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:11

2050-ci ildə əhalinin sayı 9 milyardı keçəcək


BMT-nin Əhali Fondu martın 11-də «Dünya Əhalisi üzrə Gözləntilər – 2008-ci ilin Müayinəsi» adlı hesabat yayıb.
BMT-nin Əhali Fondu martın 11-də «Dünya Əhalisi üzrə Gözləntilər – 2008-ci ilin Müayinəsi» adlı hesabat yayıb.
BMT-nin Əhali Fondu martın 11-də “Dünya Əhalisi üzrə Gözləntilər – 2008-ci ilin Müayinəsi” adlı hesabat yayıb. Hesabatda ortaya çıxan ən maraqlı məlumatlar haqqında qısa xülasə:

2009-cu ilin iyulunda dünyada əhalinin sayı 6.8 milyard nəfər olacaq.
İndiki doğum səviyyəsi davam etsə, Yer kürəsində insanlar hər il 33 milyon nəfər artaraq 2050-ci ildə 9.1 milyard nəfərə çatacaq.

***

Az inkişaf etmiş 49 ölkədə əhalinin artımı dünyada ən yüksək olaraq qalır. Bu ölkələrdə əhali indi 0.84 milyard nəfərdir, 2050-ci ildə isə 1.7 milyard olacaq.

***

İnkişaf etməkdə olan ölkələrdə insanların ümumi sayı isə indiki 4.8 milyard nəfərdən 2050-ci ildə 6.2 milyard nəfərə çıxacaq.

***
Hazırda inkişaf etmiş ölkələrdə əhalinin 22 faizinin yaşı 60 və daha yuxarıdır. 2050-ci ildə bu, 33 faiz olacaq. Bu ölkələrdə qocalar yaşı 15-dən aşağı uşaqlardan iki dəfə çox olacaqlar.

2010-2050-ci illər arasında əsasən az inkişaf etmiş 31 ölkənin əhalisi azı iki dəfə artacaq. Bu dövrdə Əfqanıstan, Niger, Somali, Uqanda kimi ölkələrdə əhali artımı 150% olacaq.

***
2010-2050-ci illərdə 45 ölkədə əhalinin azalacaq. Bunların arasında Belorus, Gürcüstan, Almaniya, Macarıstan, Yaponiya, Litva, Moldova, Rusiya, Ukrayna kimi ölkələr var. 2050-ci ilə qədər onların əhalisinin azı 10% azalacağı gözlənir.

2050-ci ildə dünya əhalisinin yarısının 9 ölkədə yaşayacağı gözlənir. Bunlar Hindistan, Pakistan, Nigeriya, Efiopiya, ABŞ, Konqo, Tanzaniya, Çin və Banqladeşdir.
***
2050-ci ilə qədər dünya üzrə əhalinin orta yaşı 29-dan 38-ə qalxacaq. İndi Avropada əhalinin orta yaşı 40-dır, 2050-ci ildə isə 47 olacaq.

***
Az inkişaf etmiş səkkiz ölkədə, Əfqanıstan, Niger, Qvineya, Somali, Uqanda, Tanzaniya və Zambiyada orta yaş 25 olacaq.

Dünya üzrə ömür uzunluğu indi 68 ildir. 2045-2050-ci illərdə isə bu 76 ilə çatacaq. İnkişaf etmiş ölkələrdə orta ömür uzunluğu bu müddətdə 77-dən 83 ilə çatacaq. Az inkişaf etmiş ölkələrdə də orta ömür uzunluğu 66-dan 74 ilə çatacaq.
BMT-nin məlumatına görə, 2009-cu ildə Azərbaycan əhalisinin sayı 8.8 milyon nəfərdir. Onlardan 4 317 000 min nəfəri kişi, 4 515 000 nəfəri qadındır. Hər 96 kişiyə 100 qadın düşür.

BMT 2050-ci ildə Azərbaycanı əhalisinin sayının 10 579 000 nəfərə çatacağnı gözləyir. Azərbaycan hazırda əhalinin yeni ümumi siyahıya alınmasına hazırlaşır. Aprelin 13-dən 22-ə qədər ölkədə siyahıyaalınma keçiriləcək.

Azərbaycanda hər 10 ildə bir dəfə əhalinin siyahıya alınması keçirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG