Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:42

MDB müşahidəçiləri martın 17-də Azərbaycana gələcəklər


Referendum monitorinqində iştirak etmək üçün MDB Parlamentlərarası Assambleyasından olan Beynəlxalq Müşahidə Qrupunun üzvləri martın 17-də Azərbaycana gələcəklər.

Müşahidəçi qrupuna Rusiya Federasiya Şurasının sədr müavini Orlova Svetlana Yuriyevna rəhbərlik edir. Qrupun tərkibinə MDB PAA üzv dövlətlərinin ali qanunvericilik hakimiyyəti orqanlarının deputatları daxildir.

Müşahidəçilər Bakı şəhəri və regionlarda müşahidə aparacaqlar.

Müşahidə qrupunun yekun rəyi martın 19-da açıqlanacaq.

XS
SM
MD
LG