Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:21

Azərbaycanla Avropa Məhkəməsi arasında kommunikasiyada olan 48 iş var


Hazırda Azərbaycan dövləti ilə Avropa İnsan Hüquqları Məhkəməsi arasında kommunikasiyada olan 48 iş var. Həmin işlər İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın müxtəlif maddələrinin pozuntusu ilə bağlıdır. Bu barədə Hüquq Maarifçiliyi Cəmiyyətinin yaydığı məlumatda deyilir.

Kommunikasiyada olan işlər arasında 2005-ci ilin parlament seçkiləri ilə bağlı Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin (azad seçki hüququ) pozuntusundan verilən 19 şikayət var.

Kommunikasiyada olan işlər sırasında Ermənistanın 2 vətəndaşı tərəfindən verilən şikayətlər də var.
XS
SM
MD
LG