Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:19

Polis İntibah dövrünün oğurlanmış məşhur rəsm əsərini tapıb


Norveç polisi elan edib ki, martın 8-i Larvik şəhərindəki kilsədən oğurlanmış İntibah dövrünün məşhur rəssamı Lukas Kranaxın əsərini tapıblar. «Uşaqlara icazə verin yanıma gəlsinlər» adlı rəsm əsəri ölkənin cənub şərqində avtofurqonda tapılıb. Oğrunun isə Lavrik şəhərinin 50 yaşlı sakini olduğu üzə çıxıb.
Lukas Kranaxın adıçəkilən əsəri 1540-cı ilə aid edilir. 1677-ci ildən Lavrik kilsəsində saxlanır. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu əsərin 2-3 milyon dollar dəyəri var.
XS
SM
MD
LG