Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:04

Almaniyada matəmdir


Almaniyada dünən öldürülən 15 nəfərlə bağlı matəm elan olunub, ölkənin hər yerində bayraqlar endirilib.

Dünən səhər Vinnenden şəhərində 17 yaşlı bir gənc məktəbin binasına atəş açıb. Nəticədə çoxu qız olan 9 şagird, 3 müəllim və 3 yoldan keçən ölüb. Polis müəyyənləşdirib ki, atəş açan gənc həmin məktəbin keçmiş şagirdi olub və silah onun atasına məxsusdur. Polislə üzə-üzə gələn gənc qatil özünü də güllələyib.

Qətlin səbəbləri hələ ki, məlum deyil.

Almaniyanın kansleri Anqela Merkel bu hadisəni «ağlasığmaz» adlandırıb və bu günün Almaniya üçün matəm olduğunu deyib.


XS
SM
MD
LG