Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:16

Pakistan müxalifəti aksiyaya başlayır


Pakistan müxalifəti bu gün ümummilli antihökumət aksiyasına başlayır. Müxalifətin yürüşünün martın 16-da İslamabadda – parlamentin binası qarşısında ən yüksək nöqtəyə çatacağı gözlənilir.

Aksiya ərəfəsində hökumət yüzlərlə müxalifətçini saxlayıb. Sinx və Panjab əyalətlərində siyasi yığıncaqlar qadağan olunub.

Müxalifət hökumətdən tələb edir ki, Ali Məhkəmənin keçmiş sədri İftixar Çaudrini öz vəzifəsinə yenidən təyin etsin. İftixar Çaudrini 2007-ci ildə keçmiş prezident Pərviz Müşərrəf vəzifəsindən kənarlaşdırıb.
XS
SM
MD
LG