Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Amerikanın özüboşaldan yük maşınları Bakıda


Martın 26-dan 29-na kimi Bakıda «AutoShow» avtomobil sərgisi keçiriləcək. Heydər Əliyev adına İdman və Sərgi Kompleksində baş tutacaq sərgidə dünyanın 15 ölkəsindən 50-dən çox şirkət iştirak edəcək.

Bu barədə «Azadlıq» radiosuna sərginin layihə rəhbəri Babək Amaşov məlumat verib. Onun sözlərinə görə, artıq Rusiya, Almaniya, Türkiyə, İran, Çin, Belarus, Yaponiya, Rumıniya və s. ölkələrin şirkətləri layihədə iştirakını təsdiq ediblər:

«Sərgi çərçivəsində 2009-cu ilin avtomobili elan edilmiş «Opel İnsignia» avtomobilinin təqdimatı keçiriləcək. «Qaz» Qrupu da həmçinin «Siber» avtomobilinin ekspozisiyası ilə çıxış edəcək. Sərginin ekspozisiyası minik avtomobilləri, furqon və pikaplar, yük avtomobilləri, qoşulan vaqonlar, kommunal texnika, ictimai nəqliyyat və sığortalama kimi məhsul və xidmətləri təqdim edəcək.

Artıq 6 ildir ki, keçirilən sərginin təşkilatçıları İteca Caspian LLC şirkəti və onun həmkarı olan İTE Group PLC (Britaniya) sərgi şirkətidir. Sərgiyə Azərbaycan Nəqliyyat Nazirliyi, Dövlət Yol Polisinin Baş İdarəsi və Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu rəsmi dəstək verir.
XS
SM
MD
LG