Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:38

Əli Həsənov: «Müxalifətin boykot etməsi ictimai əhəmiyyət kəsb etmir»


Azərbaycan hakimiyyəti hesab edir ki, ölkənin bəzi müxalifət partiyalarının referendumu boykot etməsi effektsiz qərardır.

"O çağırış ki, ciddi ictimai dəstək qazanmır və ictimai əhəmiyyət kəsb etmir, ona qiymət verməyə də dəyməz", martın 11-də jurnalistlərə Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov belə deyib.

Müxalifətin «Qarabağ və Respublika Uğrunda» və «Respublikaçılar» təşviqat qrupları martın 10-da qərar veriblər ki, referendumu passiv boykot etsinlər.

Müxalifət referendumun keçirilməsinin konstitusiyanın bir sıra maddələrinə zidd olduğunu, təşviqat üçün imkanlarının məhdud, seçicilərlə görüşlərinə ciddi əngəllər yaradıldığını deyir.

Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək.
/Trend/
XS
SM
MD
LG