Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:29

«İranın yüksək səviyyəli zənginləşdirilmiş uranı yoxdur»


«İranın nüvə silahı hazırlamaq üçün yüksək səviyyəli zənginləşdirilmiş uranı yoxdur».

Belə bir qiymətləndirməni Amerikanın iki kəşfiyyat rəsmisi verib. Martın 10-u Milli Kəşfiyyat idarəsinin direktoru Dennis Blair və Müdafiə kəşfiyyatı agentliyinin direktoru general Maykl Mapls senatın silahlı qüvvələr komitəsində çıxış ediblər.

Onlar qeyd ediblər ki, bir müddət əvvəl İranın raket sınağından keçirməsi birbaşa nüvə fəaliyyəti ilə bağlı olmayıb.
XS
SM
MD
LG