Müxalifətin «Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatı 18 mart referendumunu boykot qərarı verib.
Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı "Azadlıq" radiosuna deyib ki,
-referendumun Konstitusiyanın bir sıra maddələrinə zidd olaraq keçirilməsi;
-müxalifətin gerçəkləri olduğu kimi xalqa çatdırması imkanlarının məhdudluğu;
-MSK-ya və ictimaiyyətə müraciətlərinə məhəl qoyulmaması;
-müxalifət nümayəndələrinin seçicilərlə görüşlərinə ciddi əngəllər yaradılması üzündən belə qərar verməyə məcbur olublar.
Hərəkat Azərbaycan vətəndaşlarını ölkənin konstitusion əsaslarına və respublika quruluşuna ciddi ziyan vuracağını əsas gətirərək 18 mart referendumunda iştirak etməməyə çağırır.
Azərbaycanda iqtidarın təklif elədiyi Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək.