Keçid linkləri

2024, 29 May, çərşənbə, Bakı vaxtı 12:15

«Artuş və Zaur»a qadağa qoyuldu


Əli Əkbərin «Artuş və Zaur» romanı azərbaycanlı və erməni gəncin homoseksual əlaqəsindən bəhs edir
Əli Əkbərin «Artuş və Zaur» romanı azərbaycanlı və erməni gəncin homoseksual əlaqəsindən bəhs edir
Yazıçı Əli Əkbərin (Ələkbər Əliyev) kitablarının satışına qadağa qoyulub. Bu barədə «Azadlıq» radiosuna onun özü məlumat verib.

Onun dediyinə görə, kitablarının satıldığı «Əli və Nino» kitab mağazalarının sahibi Səbail Rayon Polis İdarəsinə çağırılıb və ondan Əli Əkbərin kitablarını satışdan yığışdırmaq tələb olunub.

Polis yazıçının martın 11-ə «Əli və Nino» kitab mağazasında oxucuları ilə planlaşdırılan görüşünün təşkilinə də qadağa qoyub. «Əli və Nino» kitab mağazalarının sahibi Nigar Köçərli məlumatı inkar etməsə də, bu barədə danışmaqdan imtina edib.

Səbail Rayon Polis İdarəsi də məlumat vermək istəməyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə polisin kitablarla mübarizə aparmadığını bildirib.

Əli Əkbər isə deyir ki, kitablarına qadağa onun «Artuş və Zaur» əsəri ilə bağlıdır. «İllərdir mənim digər kitablarım həmin mağazalarda satışdadır, amma heç vaxt belə problem ortaya çıxmayıb. Belə söhbətlər «Artuş və Zaur»dan sonra ortaya çıxıb».

O deyir ki, polis konkret kitab adı çəkməyib, sadəcə bildirib ki, sözügedən mağazalarda mənim prezident İlham Əliyevin əleyhinə kitabım satılır.

Əli Əkbərin «Artuş və Zaur» romanı azərbaycanlı və erməni gəncin Tbilisidə homoseksual əlaqəsindən bəhs edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG