İlham Əliyev martın 10-da Tehrana rəsmi səfəri çərçivəsində İran prezidenti Mahmud Əhmədinejadla görüşüb. AzərTAc xəbər verir ki, tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.
Hər iki dövlətin başçıları ölkələr arasında münasibətlərin daha da dərinləşməsinə tərəfdar olduqlarını vurğulayıblar.
Prezidentlərin görüşündən sonra iki ölkə arasında birgə əməkdaşlığa dair 7 sənəd imzalanıb.
Sənədlər ticarət, vergilər, statistika, turizm, mədəni irs, poçt və milli kitabxanalar arasında əməkdaşlıq məsələlərini əhatə edir.
İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Tehranda keçiriləcək 10-cu sammitində də iştirak edəcək.