Keçid linkləri

2024, 13 İyun, Cümə axşamı, Bakı vaxtı 17:52

Rəsulzadənin yazdığı və imzaladığı kitab tapılıb


Rəsulzadənin ərəb əlifbası ilə yazdığı sözlər: «Berlinin Qafqaz Cəmiyyətinə hədiyyə. 1924-cü il, İstanbul. Sabiq Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə»
Rəsulzadənin ərəb əlifbası ilə yazdığı sözlər: «Berlinin Qafqaz Cəmiyyətinə hədiyyə. 1924-cü il, İstanbul. Sabiq Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə»
ABŞ-ın Los-Anceles Universitetinin kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin yazdığı və üzərində şəxsi imzası olan kitab tapılıb.

APA-nın ABŞ bürosunun xəbərinə görə, kitabı Los-Anceles Universitetinin müəllimi, azərbaycanlı tarixçi Altay Göyüşov təsadüfən aşkarlayıb. O, universitetin Young Kitabxanasında axtardığı başqa bir kitabı götürməyə gedərkən həmin kitabın yanında M. Ə. Rəsulzadənin «Azərbaycan Cümhuriyyəti» kitabını görüb.

Kitab ərəb əlifbası ilə yazıldığına görə kitabxananın kataloquna salınmayıb. A. Göyüşov bildirib ki, M. Ə. Rəsulzadə müəllif olduğu kitabın üzərinə ərəb əlifbası ilə bu sözləri həkk edib: «Berlinin Qafqaz Cəmiyyətinə hədiyyə. 1924-cü il, İstanbul. Sabiq Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə».

A.Göyüşov «Azərbaycan Cümhuriyyəti» kitabında intibah dövrünə aid Azərbaycan ziyalıları barədə məlumat verildiyini deyib. O, kitabda Zəngəzur da daxil olmaqla, Azərbaycanın 1918-1920-ci illərə aid rəsmi xəritəsinin təsvirinin olunduğunu söyləyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG