Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

İlham Əliyev İrana gedib


Danışıqlarda ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq aləmin aktual problemləri müzakirə olunacaq
Danışıqlarda ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq aləmin aktual problemləri müzakirə olunacaq
Martın 10-da prezident İlham Əliyev Tehrana rəsmi səfər edib.

İki günlük səfər çərçivəsində İlham Əliyev İran prezidenti, Dini rəhbəri və digər rəsmi şəxsləri ilə görüşəcək.

Danışıqlarda ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq aləmin aktual problemləri müzakirə olunacaq.

İlham Əliyevin gələn həftə Türkiyəyə gedəcəyi də planlaşdırılır. Məlumata görə o, martın 16-dan 22-ə qədər İstanbulda keçiriləcək 5-ci Dünya Su Forumu çərçivəsində «Dövlət Başçıları Zirvəsi»nə qatılacaq.

Su Forumunda Misirin, İranın, Tacikistanın, Qırğızıstanın, Ekvadorun və Cənubi Koreyanın prezidentlərinin, həmçinin Yaponiyanın baş nazirinin iştirakı nəzərdə tutulur.
XS
SM
MD
LG