Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:34

Rəhim Qazıyev: «Bu xalqı soymaq üçün yuxarıdan icazə alıblar»


Rəhim Qazıyev deyir ki, əslində ona belə bir sənədi o bir az fəallıq göstərdiyinə, öz hüquqlarını tələb etdiyinə görə ala bilib, amma həmin sənədi harasa təqdim etməyin elə bir əsası yoxdur, əsas məsələ pulun ödənilməsilə bağlı verilən qəbzdir.

«Mən guya bir qədər fəal alıcıyam, hüquqlarımı bilib həmin sənədi almaq istəmişəm. Onlar da arxalarına o qədər güvənirlər ki, deyiblər verək də. Özü də bu sənədi yazmazdan əvvəl həmin sənədə imza atan şəxs yuxarı qalxıb rəhbərliklə məsləhətləşəndən sonra ona belə bir sənəd veriblər. Ataların bir sözü var «kəndxudanı gör, kəndi çap». Bunlar bu xalqı soymaq üçün yuxarıdan icazə alıblar. Bu sənəd bir məndə deyil minlərlə Azərbaycan vətəndaşında var».

-Rəhim Qazıyevin prezidentə yazdığı məktubda bu məsələ əks olunduğundan Vergilər Nazirliyinin İdarə rəisi Musavər Nəbiyev Rəhim Qazıyevə yazdığı cavab məktubunda bu məsələyə də toxunub.
Rəsmi məktub
«Eyni zamanda bildiririk ki, müraciətdə adları qeyd olunan, avtomobil satışını həyata keçirən «Hyundai Auto Azərbaycan», «Nurgün Motors» və «Subaru Azərbaycan» Məhdud Məsuliyyətli Cəmiyyətlərdə hal-hazırda araşdırmalar aparılır və nəticəsindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir». Vergi ödəyicilərinin auditi baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Musavər Nəbiyev. 19 yanvar 2009-cu il.
Rəhim Qazıyev hələ ki, Vergilər Nazirliyindən bu məktubu almaqdan başqa heç nəyə nail olmayıb.

Bütün bu qarşılaşdığı hallardan sonra o oturub Azərbaycanda avtomobil satışından bir ildə nə qədər pulun büdcədən yayındığını araşdırıb.

«Mən orta qiymətə olan maşınların satışından əldə olunan pulların hesabını apardım. Mən aldığım «Nissan-X-TRAİL» orta qiymətdir, amma bunun 60-mindən 120 min dollara qədər olanı var. Və mən orta qiymət çıxartdım ki, bir ildə gətirilən 70 minə yaxın avtomobilin satışından gizlədilən pulun miqdarı 2 milyard manatdan yuxarıdır. Bu təkcə avtomobil satışın üzrə vergidən yayındırılan puldur. Bu Azərbaycan xalqının onurğa sütununa, bu dövlətçiliyinə vurulan ən böyük zərbədir»

Cənab Qazıyev Vergilər və Daxili İşlər nazirlərinin bu işdən xəbərsiz olduğuna da inanmır. Deyir Dövlət Yol Polisinə hər gün nömrə nişanı almaq üçün 10-larla hesab faktura sənədləri gedir və ola bilməz ki, bundan yuxarıların xəbəri olmasın.

Dövlət Yol Polisində hesab edirlər ki, avtomobilin rəsmi sənədlərdə qiymətinin nə qədər göstərilməsi şirkətin öz hüququdur.
XS
SM
MD
LG