Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:34

Narkotik qaçaqmalçıları tutulub


Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar qrupun 14 üzvü həbs edilib. Qrup üzvlərindən 31 kq həşiş, 2 kq heroin götürülüb.

Xəbəri Daxili İşlər Nazirliyi (DİN) yayıb. İstintaq zamanı bəlli olub ki, narkotik maddə Azərbaycana İrandan gətirilib.

DİN-in məlumatına görə, İrandan qaçaqmal yolu ilə narkotik gətirən Hümbət Talıbov bildirib ki, bu məqsədlə sərhədi 5 dəfə qanunsuz keçib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Nazirlik bildirir ki, transmilli mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
XS
SM
MD
LG