Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:39

Norveç hökumətinin təhlükəsizlik rəsmiləri Bakıya səfər edəcək


ANS PRESS-in verdiyi məlumata görə Norveç hökumətinin Təhlükəsizlik Siyasəti Komissiyasının üzvlərinin martın 8-i Bakıya səfəri başlayır. Səfər martın 11-dək davam edəcək.

Kolin Arçerin rəhbərlik etdiyi Norveç Təhlükəsizlik Siyasəti Komissiyasının üzvləriprezident İlham Əliyevlə, Xarici İşlər Nazirliyində, Milli Məclisdə, Dövlət Neft Şirkətində görüşlər keçirəcəklər. Onların Xarici Dillər Universitetində Norveç dili öyrənən tələbələrlə görüşəcəyi də gözlənilir.

Nümayəndə heyəti martın 11-də Bakıdan Tiflisə yola düşəcək.

Norveçdə ictimai məşvərət qurumu kimi yaradılmış bu komissiya Norveç hökumətinə təhlükəsizlik məsələlərində tövsiyələr verir.
XS
SM
MD
LG