Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:44

Haqqında cinayət işi açılmış prezidentlər, parlament sədrləri və baş nazirlər


1. Ayaz Mütəllibov – keçmiş prezident
Ayaz Mütəllibov - Azərbaycanın keçmiş prezidenti

1938–ci ildə Bakıda anadan olub. 1991-ci ildə Azərbaycan Respublikasının Birinci prezident seçilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda Ermənistan və Rusiya hərbçilərinin dinc əhalini qırmasından sonra vəzifəsindən istefa verməyə məcbur edildi. Həmin ildən yarı gizli şəkildə Moskvada yaşayır. Xocalı hadisələrinə görə haqqında cinayət işi açılıb. Azərbaycanda axtarışdadır. Dəfələrlə cəhd etsə də haqqında cinayət işinin ləğvinə və Bakıya dönməsinə nail ola bilməyib.




2. Əbülfəz Elçibəy – keçmiş prezident

Əbülfəz Elçibəy - Azərbaycanın keçmiş prezidenti

1938-ci ildə Naxçıvanda anadan olub. 1998-ci ildən başlayana milli azadlıq hərəkatının liderlərinindən biri, Azərbaycan Xalq Cəbhəsinin sədri olub. 1992-ci ildə Azərbaycan Respublikasının İkinci prezidenti seçilib. Bir il sonra hakimiyyətdən kənarlaşıb Naxçıvanda doğulduğu kəndə qayıtdı.

1997-ci ildə Bakıya dönüb AXCP-nin sədri kimi siyasi fəaliyyətinin yenidən fəallaşdırdı. Bir qədər sonra keçirdiyi mətbuat konfranslarından birində o zamankı prezident Heydər Əliyevi PKK terror təşkilatı ilə əlaqələndirdiyinə görə haqqında cinayət işi qaldırıldı. Sonradan bu iş üzrə cinayət işi bağlandı.




3. İsa Qəmbər – Milli Məclisin keçmiş sədri
İsa Qəmbər - Milli Məclisin keçmiş sədri
1957-ci ildə Bakıda anadan olub. 1985-ci ilin yanvarından erməni yazıçı Zori Balayanın "Ocaq" kitabına yazdığı cavabı ilə ictimaiyyətdə tanınıb. Milli Azadlıq hərəkatının lideri olub. 1992-ci ilin mayında Ali Sovetin sədri seçilib.

1993-cü il iyunun 13-də vəzifəsindən istefa verib və həmin ayın 16-da həbs edilib. Bir ay sonra isə azadlığa buraxılıb.



4. Rəsul Quliyev - Milli Məclisin keçmiş sədri
Rəsul Quliyev - Milli Məclisin keçmiş sədri

1947-ci ildə Naxçıvanda anadan olub. 1993-cü ilin noyabrından 1996-cı ilin sentyabrına qədər Milli Məclisinin sədri olub. 1996-cı ildə vəzifəsidnədn istefa verərək ABŞ-a mühacirət edib. Az sonra hakimiyyətin ünvanına sərt tənqidlərlə çıxış etməyə başlayıb. Bundan sonra onun haqqında korrupsiya, dövlət əmlakının talanması və s. başqa ağır iqtisadi cinayətlər üzrə ittiham irəli sürülüb. Çoxsaylə tərəfdarları, qohumları həbs edilib. Özü isə axtarışa verilib. Bir neçə dəfə cəhd etsə də Azərbaycana dönməsinə imkan verilməyib.


5. Pənah Hüseynov – keçmiş baş nazir

Pənah Hüseynov -- Azərbaycanın keçmiş baş naziri

1957-ci ildə Sabirabad rayonunda anadan olub. Milli azadlıq hərəkatının liderlərindən olub. 1992-1993-cü illərdə AXC hakimiyyəti zamanı dövlət katibi, Baş nazir vəzifələrində çalışıb. 1993-cü ildə AXC hakimiyyətinin devrilməsindən sonra həmin hakimiyyətin baş naziri kimi müxtəlif ağır cinayətlərdə ittiham edilərək axtarışda olub. 1996-cı ilin aprelində həbs edilib. 1997-ci ilin yanvarında azadlığa buraxılıb.



6. Surət Hüseynov – keçmiş baş nazir
Surət Hüseynov - Azərbaycanın keçmiş baş naziri
1959-cı ildə Gəncədə anadan olub. 1992-1993-cü illərdə prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, Baş nazirin müavini və 1993-cu ilin iyun hadisələri ilə AXC hakimiyyətinə qarşı təşkil etdiyi silahlı müqavimətdən sonra Baş naziri olub. 1994-cü ilin oktyabrında dövlət çevrilişi hazırlama, vətənə xəyanət və s. daxil olmaqla Cinayət Məcəlləsinin 33-ə qədər maddəsi ilə günahkar bilinərək 1997-ci ildə ömürlük azadlıqdan məhrum edilib. 2004-cü ildə əfv fərmanı ilə azadlığa buraxılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG