Prezident İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.
Təbrikdə deyilir:
«1918-ci ildə seçib-seçilmək hüququ qazanan Azərbaycan qadını XX əsrdə qısa müddət ərzində bir neçə əsrə bərabər inkişaf yolu keçib. Xalqın maariflənməsi, mədəniyyətimizin yüksəlişi və müasir iqtisadiyyatımızın qurulmasında o, daim yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirib... Ümidvaram ki, Uşaq ili elan olunan 2009-cu ildə qadınlarımız gələcək nəsillərin milli-mədəni irsə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyəsində var qüvvələrini sərf edəcək, daim yeniləşən ölkəmizin daha da çiçəklənməsi prosesinə layiqincə xidmət göstərəcəklər.
Bayramınız mübarək olsun!».