Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:21

Barak Obama yaxin zamanlarda Türkiyəyə gedəcək


ABŞ prezidenti Barak Obama gələn ay Türkiyəyə gedəcək.

Bunu Birləşmiş Ştatların Dövlət Katibi Hillari Klinton bu gün Ankarada ölkə rəsmilərilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

O həmçinin Suriyayla İsrail arasında sülhün vacibliyini qeyd edib.

Hillari Klinton deyib ki, Vaşinqton hələlik Suriyaya səfirin geri dönməsi barədə qərar qəbul eləməyib.

Hillari Klinton Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Danışıqlar zamanı İraq və Əfqanıstanda vəziyyət, İsrail-Fələstin münaqişəsi müzakirə olunub.
Görüşə xarici işlər naziri Əli Babacan da qatılıb.
XS
SM
MD
LG