Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 16:37

Sergey Lavrov tərk-silah sahəsində əlverişli məqam yarandığını deyir


Nüvə tərk-silahı sahəsində irəliləyişə nail olmaq üçün Birləşmiş Ştatlarla Rusiya üçün əlverişli məqam yaranıb.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O strateji silahların ixtisarıyla bağlı yeni müqavilə imzalamağa çağırıb və qeyd edib ki, hava hücumlarından müdafiə sistemlərini inkişaf etdirmək məsələni əngəlləyir.

O həmçinin Birləşmiş Ştatları nüvə sınaqlarının qadağan edilməsilə bağlı müqaviləni imzalamağa və Yaxın Şərqin nüvəsiz zonaya çevrilməsində əməkdaşlığa çağırıb.

Sergey Lavrov belə bəyanatla Cenevrədə BMT-nin vasitəçiliyilə keçirilən konfransda çıxış edib.

O ,bundan əvvəl ABŞ Dövlət Katibi Hillari Klintonla görüşüb.
Liderlər ilin sonunadək strateji silahların ixtisarıyla bağlı razılaşma hazırlamaq razılığına gəliblər.
XS
SM
MD
LG