Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Pakistanda törədilmiş partlayış nəticəsində 8 adam ölüb


Pakistanın şimal-qərbində törədilmiş partlayış nəticəsində 8 adam ölüb.

Ölənlərdən 7-si təhlükəsizlik xidmətinin əməkdaşlarıdır.

Hadisə Əfqanıstanla sərhəddə yerləşən Pişavar şəhərinin yaxınlığında baş verib.

Polisə maşınlardan birində meyid olmasıyla bağlı məlumat verilib.
Polis maşını yoxlamaq istəyərkən partlayış baş verib.

Hələlik partlayışa görə cavabdehliyi heç kim üzərinə götürməyib.

Amma adətən bu cür hücumları Taliban və Əl Qaida ilə əlbir olan yaraqlılar törədir.
XS
SM
MD
LG