Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 15:50

Deputat Rail Rzayevin qətli ilə bağlı açıqlama verilməsini istəyib


«General Rail Rzayevin qətli ilə bağlı ictimaiyyətə açıqlama verilməməsi cəmiyyətə qarşı sayğısızlıqdır». Milli Məclisin martın 6-da keçirilən iclasında deputat Qüdrət Həsənquluyev belə deyib:

«Belə bir hadisə harada olsaydı, həmin şəhərin meri, güc strukturları dərhal brifinq keçirərdilər. Qətlin üstündən bir aya yaxın vaxt keçib, hələ bir açıqlama verilmir».

Müdafiə nazirinin müavini Rail Rzayev fevralın 11-də evinin yaxınlığında qətlə yetirilib. Faktla bağlı cinayət işi başlanıb. İstintaqı Respublika Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu aparır.
XS
SM
MD
LG