Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Qandinin əşyaları 1.8 milyon dollara satıldı


Hindli alıcı, sənaye maqnatı Vijay Mallya, Nyu York auksionunlarından birində Hindistanın müstəqillik memarı hesab olunan Mhatma Qandinin şəxsi əşyalarına 1.8 milyon dollara alıb. Alınan əşyalara yumru haşiyəli eynək, dəri səndəl, cib saatı və onun sonuncu dəfə yemək yediyi kasa daxildir.

Sənaye maqnatının sözçüsü deyir ki, Qandinin əşyaları ictimai sərgi üçün Hindistana qaytarılacaq.

Əşyaların satılmasına etiraz edən Hindistan hökuməti isə bunu müstəqillik meyarına qarşı hörmətsizlik hesab edir. Onlar iddia edirlər ki, Qandi maddi zənginliyin əleyhinə olub.

Bütün bu əşyalar Kaliforniyalı bir nəfər tərəfindən toplanıb.

Mhatma Qandi 1948-ci ildə qətlə yetirilib.
XS
SM
MD
LG