Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 15:58

İtaliyanın xarici işlər naziri İrana səfərini təxirə saldı


İtaliyanın Xarici İşlər naziti Franko Frattini İrana planlaşdırdığı səfərini təxirə salıb. Buna səbəb isə İranın ali dini lideri Ayatullah Əli Xamneyinin İsrail haqqında verdiyi bəyanat olub. İtalityanın Xarici İşlər Nazirliyi bu bəyanatı «yolverilməz» hesab edib.

Ayatullah Əli Xamneyi martın 4-ü Tehranda Qəzza və Fələstinə dəstək məqsədi ilə təşkil olunan beynəlxalq konfransın açılışında İsraili «xərçəng şişi» adlandırmışdı və demişdi ki, ondan «qurtulmanın» yeganə yolu da Fələstini xilas etməkdir.

Fratininin səfəri zamanı Əfqanıstanda sabitlik və İranın Böyük Səkkizliyin görüşünə dəvət olunmasının mümkünlüyünün müzakirə ediləcəyi gözlənilirdi.

Martın 6-ı ABŞ dövlət katibi Hillari Klinton bu ay Əfqanıstanda keçirilməsi nəzərdə tutulan bir çox beynəlxalq konfranslara İranın da dəvət olunmasını təklif edib.



XS
SM
MD
LG