Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton martın 5-də elan edib ki, bu ayın sonunda Əfqanıstanla bağlı beynəlxalq konfransa İranı da dəvət edəcəklər. O, bu barədə Brüsseldə NATO ölkələri xarici işlər nazirlərinin görüşündən sonra keçirdiyi mətbuat konfransında məlumat verib.
Hillari Klinton bildirib ki, konfrans martın 31-də Norveçin Əfqanıstandakı səfiri və beynəlxalq yardımların əlaqələndirilməsi üzrə BMT-nin Kabuldakı xüsusi nümayəndəsi Kai Eidenin rəhbərliyi altında keçirilə bilər.